“Günümüzdə saxta xəbərlərin sayı kifayət qədər çoxdur. Dünyanın müxtəlif statistika təşkilatları qeyd edirlər ki, saxta xəbərin gündəlik xəbər dövriyyəsindəki payı təxminən 40-80 faiz arasında dəyişir”. Bu sözləri SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri (JuHİ), Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli deyib.
O bildirib ki, saxta xəbərlərin istehsal olunmasının müxtəlif səbəbləri var: “Tarixdə hər zaman saxta xəbərlər olub. Amma bu gün çoxalmasının əsas səbəblərindən biri saxta xəbərlərin yayılmasına imkan verən texnologiyanın inkişaf etməsidir.
Digər tərəfdən saxta xəbərin xüsusi bir tipi dezinformasiyalar da çoxalır. Dezinformasiya şüurlu şəkildə istehsal olunub, yayılan xəbərdir. Təəssüf ki, hazırda dezinformasiyaları siyasi mübarizə alətinə çevirən mərkəzlərin sayı çoxalıb.
Peşəkar KİV-in əsas işi ondan ibarətdir ki, yoxlanılmamış, dəqiq olmayan xəbəri verməsin və KİV özü buna qarşı mübarizə aparmalıdır. Təəssüf ki, bəzən sensasiya yaratmaq xatirinə ənənəvi KİV-lər də dezinformasiyaların təsiri altına düşürlər. Bu problemin qarşısını almaq üçün praktik olaraq birgə işləmək lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB