“Emosional aclıq daha çox basdırılmış duyğulardan irəli gəlir. Bu hiss qəfildən və əsasən gecələr yaranır. Emosional aclığı olan insanlar daha çox şirin və yağlı qidalara üstünlük verirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
Psixoloq qeyd edib ki, artıq çəkinin psixoloji baxımdan bir çox səbəbləri ola bilər: “Uşaq vaxtı gözəl qızlarla bağlı mənfi rəylər eşidən şəxslər böyüdükdə şüuraltı olaraq arıq olmaqdan qaçırlar.
Digər tərəfdən stress nəticəsində də kilo almaq mümkündür. Düzdür stresə bağlı olaraq qəbul edilən qida insanı kökəltmir, amma piylənmə verir. Bəzən insanlar əsəblərindən, öz duyğularını ifadə edə bilməmək nəticəsində məşğuliyyət olaraq yemək yeməyi seçirlər.
Emosional aclıq fiziki aclıqdan çox fərqlənir. İnsan aclıq hiss etmir, amma yemək istəyir. Adətən bu cür yeməklərdən sonra da insanda peşmanlıq hissi yaranır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB