Uşaq çöldə və evdə eşitmədiyi sözləri öyrənə bilməz? - PSİXOLOQ FİKRİ
Bəzən uşağınızın ağzından istəmədiyiniz jarqon sözlər eşidə bilərsiniz. Amma unutmayın ki, uşağınız yaxşı və ya pis şeyləri yalnız sizdən öyrənmir. Ətrafı ilə daim ünsiyyətdə olan, beyni öyrənməyə çox açıq olan uşaqlar, eşitdikləri yeni sözləri pis məna daşısalar da, lüğətlərinə əlavə edirlər. Amma siz onlara uyğun dillə başa sala bilərsiniz ki, onların mənasını bilmədən işlətdikləri bu sözləri söyləmək düzgün deyil. Bu məsələyə reaksiyalarınız uşaq üçün çox önəmlidir. SİA mövzu ilə bağlı psixoloq Zeynəb Eyyubovanın fikirlərini öyrənib.

Onun sözlərinə görə, əvvəla valideyn əminliklə heç vaxt deyə bilməz ki, uşaq bağçada, məktəbdə, həyətdə, evdə, yaxud o biri otaqda ana-atasının telefon danışığını eşitmir: “Bəzən biz uşaqlardan hər hansı pis kəlimə eşitdikdə, deyirik ki, “Biz belə danışmırıq”, “Biz belə ailə deyilik”, “Bunları haradan öyrənib?”.
Uşaq bu sözləri çöldən, sosial şəbəkədən və yaxud adi eyvanda oynayarkən birinin digərinə söylədiyi qeyri-etik sözü eşidə bilər. Yəni, uşağın nitqinə möcüzədən bir söz düşmür. Bunu mütləq ki haradansa eşidir. Sadəcə valideyn bunu haradan öyrəndiyini bilmir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB