İŞKUR və WAPES-in təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək
16-17 noyabr tarixlərində Türkiyə Respublikasının Antalyaşəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi, Türkiyə İş Qurumu Baş İdarəsi (İŞKUR) və Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) birgə təşkilatçılığı ilə “NEET-in (Not in Education, Employment or Training) qlobal və yerli tendensiyaları” adlı Konfrans keçiriləcək. DMA-dan SİA-ya verilən məlumata görə, konfransda Almaniya, Cənubi Koreya, Böyük Britaniya, İsveç, İsveçrə, Niderland, Yaponiya, Bosniya və Herseqovina, Xorvatiya, Latviya, Estoniya və digərölkələrin yüzdən çox dövlət məşğulluq xidmətlərinin nümayəndələri iştirak edəcək. Konfransda həmçinin Beynəlxalq Əmək Təşkilatının (ILO), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) səlahiyyətli nümayəndələrinin də çıxışı nəzərdə tutulur.
Tədbirin əsas məqsədi təhsildə, işdə və ya təlimdə olmayan gənclərin üzləşdiyi maneələrin aradan qaldırılması məqsədilə beynəlxalq tərcrübənin öyrənilməsi, müxtəlif regionlardan olan dövlət məşğulluq xidmətlərinin bu sahə üzrə tətbiq etdikləri qlobal innovativ həllər istiqamətində müzakirələrin aparılmasıdır.
İki gün davam edəcək konfransda Agentliyin nümayəndələrinin də bir neçə panel üzrə çıxışı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB