Hava limanı ekspress avtobus marşrut xəttinin hərəkət qrafiki dəyişib

Hava limanı ekspress avtobus marşrut xəttinin hərəkət qrafiki dəyişib

Hava limanı ekspress avtobus marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edilib.

SİA "Bakubus" MMC-ə istinadən xəbər verir ki, ekspress avtobuslarının intervalı 1 saatdan 30 dəqiqəyə endirilib.

“Hava limanı ekspress marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edildi. Sizdən daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq ekspress avtobuslarının intervalı 1 saatdan 30 dəqiqəyə endirildi, müvafiq olaraq bu marşrut xətti üzrə hərəkət edən avtobusların sayı artırıldı”, - məlumatda qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə