Aliment pullarının artması boşanmalara səbəb olur? - SOSİOLOQ AYDINLIQ GƏTİRDİ
“Ölkədəki minimum əməkhaqqı nəzərə alınarsa 235 manatlıq aliment məbləği çox yüksəkdir. Boşanan şəxslərin əksəriyyəti maddi çətinlik yaşayan insanlardır”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Fatimə Hacıbəyli deyib.
Sosioloq sözlərinə belə davam edib: “Belə halda deyək ki, ortalama iki uşaq kimi götürüləndə, aliment məbləğini ödəmək çətinlik yaradır. Hazırda da icra şöbələrində əsas icra edilməyən öhdəliklər arasında aliment öhdəliyi var. Aliment məbləğinin artması istər-istəməz boşanmaların sayının çoxalmasına da təsir edəcək. Bəzi şəxslər məbləğin yüksək olmasını düşünüb boş yerə ailəsini dağıdacaq. Fikirləşir ki, neynirəm kişi, qaynana, qaynata əziyyəti çəkim. Ondansa boşanıb ayda 235 manatını alıb rahat yaşayar.
Uşaq sayı 2 və ya daha çox olarsa aliment məbləği daha da yüksək olur. Aliment məbləği az olarsa boşanan ailələrin sayı elə də çox olmaz. Bu səbəbdən də hesab edirem ki, aliment məbləği artırılan zaman boşanmaların artmasını da nəzərə alsınlar”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB