Süni intellektin inkişafı hansı mənfi hallara səbəb ola bilər? - MÜNASİBƏT BİLDİRİLDİ
"Müasir dünyada robotlar və süni intellekt həyatımızın müxtəlif sahələrində getdikcə daha çox nüfuz edir. Robotlar sənaye, tibb, təhsil və digər sahələrin ayrılmaz hissəsinə çevrilir. Robotlar həyatımızı daha rahat və məhsuldar etməklə yanaşı, həm də bir sıra mənfi cəhətləri daşıyırlar. İş yerlərinin məhdudlaşması və ya itirilməsi bu mənfi cəhətlərə misal ola bilər. Avtomatlaşdırma və robot texnikasının tətbiqi insanlar üçün kütləvi iş yerlərinin ixtisarına səbəb ola bilər”. Bu sözləri SİA-ya İnformasiya Kommunikasiya Texnologiyaları üzrə ekspert Fərhad Mirəliyev deyib.
Ekspert düşünür ki, əvvəllər əl işi tələb olunan iş yerlərinin tədricən robotlarla təchiz edilməsi, gələcəkdə böyük işsizlər ordusunun yaranmasına rəvac verəcək: “Yaranmış kütləvi işsizlik və gəlirlərin azalması isə sosial və iqtisadi problemlərə yol açacaq. Robot texnikasının inkişafı ilə etik problemlər mövzusu haqqında tez-tez danışılır”.
“Robotlar hərbi məqsədlər üçün və ya tibbi əməliyyat zamanı kritik qərarların verilməsində nəyə istinad etməlidirlər. Bəzi mütəxəssislər robotlar və suni intellekt üçün xüsusi davranış kodeksinin hazırlanmasının tərəfdarıdır. Məlumatların məxfiliyi və təhlükəsizliyi ilə bağlı da kifayət qədər narahatlıq mövcuddur, çünki robotlar və süni intellekt böyük miqdarda şəxsi məlumatı toplayıb emal edə bilir",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB