“Xüsusi qayğıya ehtiyacı olan uşaqların fərqli əl bacarıqları olur” - PSİXOLOQ FİKRİ
“Daun sindromu xüsusi qayğıya ehtiyacı olan uşaqların siyahısına daxildir. Yəni bu cür uşaqların sağlamlıq imkanları məhdud olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Psixoloq bildirib ki, daun sindromlu uşaqların xarici görünüşlərində müəyyən fərqlilik olduğundan, onları digər uşaqlardan sürətli şəkildə fərqləndirmək mümkün olur: “Buna görə də həmin uşaqlar cəmiyyətə adaptasiya prosesində çətinlik çəkirlər. Daun sindromlu uşaqlar ya görünüşlərinə, ya xüsusi aqressivlik göstərdiklərinə, ya da ünsiyyət qura bilməyəcək qədər sakit olduqlarına görə ətrafdakı insanlarla münasibət yaratmaq çətin bir prosesə çevrilir. Bu cür uşaqları cəmiyyətə adaptasiya edə bilmək üçün mütləq şəkildə məktəbəqədər təhsil müəssisələrində onlarla psixoloq, pedaqoq məşğul olmalıdır.
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar olduqca fərqli olurlar. Lakin həmin uşaqlar biri-birindən fərqli əl bacarıqlarına sahibdirlər. Məhz cəmiyyətə adaptasiya proseslərində də elə bu bacarıqlardan istifadə etmək məqsədəuyğundur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB