“Zəhərlənmələr müalicədən sonra da orqanizmdə fəsadlarını saxlayır” - MÜTƏXƏSSİS AÇIQLADI
“Müasir, yeni qidaların hər biri sağlam və insan orqanizminə fayda verən qidalar hesab olunmur. Xüsusilə də bu uşaq və yeniyetmələrdə özünü daha çox göstərir. Çünki uşaq və yeniyetmələr hər an inkişaf prosesində olduğundan həm gigiyenik qaydalara uyğun şəkildə hazırlanmış qida məsullarından istifadə etməli, həm də bu qidaları hazırlayan insanların da sağlamlıq dərəcəsi yüksək olmalıdır. Əks halda keyfiyyətsiz məsullarla hazırlanan qidalar qəbul edən uşaq və yeniyetmələrin inkişafı həm fiziki, həm də əqli cəhətdən problemlərlə üzləşir. Bir çox hallarda həll olmayan gigiyenik problemlər özünü zəhərlənmələr şəklində göstərir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova deyib.

Mütəxəssis bildirib ki, zəhərlənmələr isə müalicədən sonra da orqanizmdə fəsadlarını qoruyub saxlayır: “Bəzən hər hansı zərərli və ya gigiyenik cəhətdən düzgün hazırlanmayan qida immun sistemi zəif və ya ac olan insanlarda özünü baş gicəllənmə, ürəkbulanma, qusma və ishal kimi göstərsə də, bu bir çox insanların orqanizmində gizli virus və bakteriyalar şəklində yaşayıb, gələcəkdə daxili orqanların funksiyasının pozulmasına səbəb olur. Bu həm də gələcəkdə həmin uşaq və yeniyetmələrin gələcəkdə valideyn olaraq xəstə uşaq dünyaya gətirməsinə səbəb olur. Buna görə də mütləq şəkildə qida, qidanın hazırlanması və təqdim olunmasına qədərki bütün prosesdə qaydalara əməl olunmalıdır. Uşaq və yeniyetmələrin qidalanmasında evdə, mənşəyi bəlli məsullarla hazırlanmış qidalardan istifadə olunmalıdır. Əks təqdirdə orqanizmdə uzunmüddətli, ciddi problemlərə yol açır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB