“Bunlar birbaşa insan kapitalının qorunmasına xidmət edir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Bunlar birbaşa insan kapitalının qorunmasına xidmət edir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycanda bütün sahələrdə olduğu kimi səhiyyə sistemində də kökündən dəyişiklik edilərək, müsbət nəticələr əldə olunur. Bu gün Azərbaycan səhiyyəsi inkişaf edir. Ölkəmizdə inanıb, etibar etdiyimiz həkimlərin sayı çoxdur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib.

Deputat bildirib ki, səhiyyə sahəsində aparılan islahatlar, xüsusilə də tibbi sığortanın tətbiq edilməsi mühüm hadisədir: “Səhiyyə, tibbi prosedurların aztəminatlı ailələr üçün əlçatan olması, bir çox xəstəliklərin müayinə, müalicə və əməliyyatının təmin edilməsi vurğulanması vacib məqamlardandır. Bunlar birbaşa insan kapitalının qorunmasına xidmət edir.

İşğaldan azad edilmiş ərazilərdə həyatın bütün sahələri üzrə həyata keçirilən yenidənqurma işlərində səhiyyə sisteminə də böyük yer verilib. Bu bölgələrimizdə tibbi mərkəzlərin, xəstəxanaların tikilməsi və ən müasir avadanlıqlarla təmin olunması hazırda əsas fəaliyyət istiqamətlərindən biridir. Atılan bütün addımların arxasında Azərbaycan vətəndaşının sağlam və firəvan həyat yaşaması dayanır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə