Gəncədə Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə tədbir keçirilib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib.
Tədbirdə Türkiyənin Gəncədəki Baş konsulu Rəcəp Öztop qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cümhuriyyətin 100-cü ildönümü münasibətilə Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə göndərdiyi məktubu oxuyub.
Çıxışlar zamanı Türkiyə Cümhuriyyətinin yaranma tarixindən və Azərbaycan-Türkiyə qardaşlığından bəhs edilib.
Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün ziyafət təşkil olunub.
Qeyd edək ki, 1923-cü il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib və 1925-ci ildə bu günün Türkiyə dövlətinin yaranması günü kimi qeyd olunması barədə qanun qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB