“Onlar düşündüyümüz qədər çarəsiz deyillər“ - PSİXOLOQ FİKİR BİLDİRDİ

“Onlar düşündüyümüz qədər çarəsiz deyillər“ - PSİXOLOQ FİKİR BİLDİRDİ

“Autizmli uşağı olan valideynlərdən ilk növbədə ediləcək ən böyük tövsiyyə odur ki, uşaqlarına yazığı gəlirmişcəsinə davranmasınlar. Eyni zamanda fərqli olduqları üçün uşaqlarını seçməyə, daha çox qayğı və diqqət göstərməyə ehtiyac yoxdur. Cəmiyyətdə hər kəsin autizmli uşaqları da özləri kimi qəbul etməsi hazırki dövr üçün mümkünsüzdür. Çünki həmin uşaqların davranışları, kommunikasiyası çox fərqlidir. Onlar istənilən halda fərqlənəcək potensiala malikdirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Psixoloq bildirib ki, ilk növbədə valideyn övladının fərqli olduğunu qəbul etməlidir: “Çalışmaq lazımdır ki, uşaqlar həyata adaptasiya edilsin. Valideynləri olmadıqda da həyatlarını davam etdirə biləcək potensialda böyüdülməli, cəmiyyətə adaptasiya edilməlidirlər.

Autizmli uşaqların müəyyən bacarıq və qabiliyyətləri olur. Onlar düşündüyümüz qədər çarəsiz deyillər. Bu cür uşaqları bəzən rahat buraxıb, digər özəlliklərinin kəşf etməsinə icazə verməliyik.
Autizmli uşaqları digər uşaqlar ilə müqayisə edib, onların səviyyəsinə çatdırmaq üçün ona əziyyət və travma verməyə ehtiyac yoxdur. Nəzərə alaq ki, autizmli uşaqlar olduqca həssas və duyğusal olurlar. Buna görə də onları müqayisə obyektinə çevirməkdənsə, özəlliklərini kəşf etməyə vaxt sərf etməliyik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə