"Jurnalistin işdən kənar redaksiyaya qarşı öhdəliyi yoxdur" - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Jurnalistin işdən kənar redaksiyaya qarşı öhdəliyi yoxdur" - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Təbii ki, hər bir vətəndaş kimi jurnalistlərin də sosial şəbəkələrdə hesabı mövcuddur. Sosial şəbəkələrdə hər kəs öz şəxsi düşüncəsini bölüşə bilər. Amma bəzən jurnalistlərin imzaları tanındığı üçün onların paylaşdığı fikirlər əsas kimi götürülə bilir". Bu sözləri SİA-ya açıqlamasında media eksperti Yadigar Məmmədli deyib.

Ekspert sözlərinə davam edərək bildirib ki, yalnız jurnalistlərin deyil, ümumiyyətlə cəmiyyətdə tanınan hər hansı bir insanın, hətta izləyicisi çox olan sıradan vətəndaşların belə yaydığı xəbərlərə istinad edə bilərlər: "Bu baxımdan hər hansı bir qadağa yoxdur. Ona görə də jurnalistlər bu məqamı nəzərə almalıdır. Çünki insanlar jurnalist olduğu üçün onların paylaşdığı xəbərlərə istinad etmək ehtimalı çox olur. Bu məqamda isə müəyyən problemlər yaşana bilər. Amma jurnalistin işdən kənar redaksiyaya qarşı öhdəliyi yoxdur. O da digər peşə sahibləri kimi ayrıca fərddir. Lakin bəzi məsələlərdə jurnalistin fikri redaksiya ilə üst-üstə düşmədikdə müəyyən narahatçılığa səbəb ola bilər".

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə