Azad edilmiş rayonlarda heyvanların sayı açıqlanıb - SİYAHI

Azad edilmiş rayonlarda heyvanların sayı açıqlanıb - SİYAHI

2023-cü il oktyabr ayının 1-nə işğaldan azad edilmiş rayonlarda iribuynuzlu heyvanların sayı 187 min 331 baş, xirdabuynuzlu heyvanların sayı isə 747 min 808 baş təşkil edib.

Bu barədə SİA-ya Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.

Qeyd edək ki, iribuynuzlu heyvanların sayı ən çox Ağdam (47 449 baş), Laçın ( 40 960 baş) , Kəlbəcər( 35 835 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Kəlbəcər ( 179 235 baş), Laçın ( 152 945 baş), Füzuli ( 138 638 baş) rayonlarındadır.

Əlavə edək ki, cari ilin oktyabr ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 mln. 533.1 min baş, xirdabuynuzlu heyvanların sayı isə 7 mln. 223.2 min baş təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə