Azərbaycanlı jurnalistlərin Çinə səfəri davam edir - FOTOLAR

Azərbaycanlı jurnalistlərin Çinə səfəri davam edir - FOTOLAR

Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çinə səfəri 7-ci gündür davam edir. SİA xəbər verir ki, media təmsilçilərinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçirilib.

Çində səfərdə olan heyət bu gün Dujiangyan şəhərinə gedib və nəhəng Panda Qoruma və Tədqiqat Dujiangyan Mərkəzinin bazasını ziyarət ediblər.

Günün ikinci yarısında KİV nümayəndələrinin Sunac Cultural Tourism City, Dujiangyan Su Mühafizəsi Layihəsini ziyarət ediblər, "Sıçuan üzərində uçmaq" filminə baxıblar və Taicitsuan və uzun lüləli çaydan mədəniyyəti ilə tanış olublar.

Proqramın sonunda qonaqlar Çenduya qayıdıb və "Taikoo Li" ticarət mərkəzini ziyarət ediblər.

Xatırladaq ki, səfər oktyabrın 22-dən 30-dək davam edəcək.

Qeyd edək ki, “Bir kəmər, bir yol” region üçün qlobal əhəmiyyət daşıyan layihələrdən biridir. Burada söhbət Çindən başlayan və Avropaya qədər uzanan yoldan gedir.

Çinin xüsusən Avrasiya regionundakı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığının genişlənməsinə dəstək məqsədi daşıyan bu təşəbbüsü 2013-cü ildə elan edilib. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik dostluq münasibətləri nəticəsində ölkəmiz bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir.

Bütün xəbərlər Facebook səhifəmizdə