Çində səfərdə olan jurnalistlər 48 mərtəbəli Əkiz Qüllələrini ziyarət edib - FOTOLAR
Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çinə səfəri 6-cı gündür davam edir. SİA xəbər verir ki, media təmsilçilərinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.
Azərbaycanlı nümayəndə heyəti Çinin Çendu şəhərindəki Əkiz Qüllələrini ziyarət ediblər. Məlumat verilib ki, bina 48 mərtəbədən ibarətdir və ən yüksək texnologiyalar əsasında hazırlanıb. Diqqətə çatdırılıb ki, hündürlüyü 218 metr olan binanın özəlliyi 43 saniyə ərzində liftlə 48-ci mərtəbəyə çatmağın mümkünlüyüdür.
Proqramın sonunda Azərbaycanlı KİV heyəti axşam şam yeməyinə qatılacaq və Kuancai Xiyabanını ziyarət edəcəklər.
Xatırladaq ki, səfər oktyabrın 22-dən 30-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB