“Azərişıq” rəhbərliyi Göyçayda vətəndaşların müraciətlərini dinləyib
Prezident İlham Əliyevin vətəndaşların şəhər və rayonlarda qəbulunun keçirilməsinə dair tapşırığına uyğun olaraq "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Göyçayda vətəndaşlarla görüşüb.
ASC-dən SİA-ya bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən baş tutan görüşdə Vüqar Əhmədov Göyçay və Ağsu rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.
Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin Göyçay rayonundakı abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub və əziz xatirəsinə dərin ehtiram ifadə edilib.
Qəbul zamanı qurumun fəaliyyət istiqamətlərinə uyğun olan müvafiq müraciətlər cavablandırılıb, qaldırılan bəzi məsələlərin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb. Həlli araşdırma tələb edən məsələlərlə bağlı yazılı müraciət qeydə alınıb və aidiyyəti şöbələrin icraatına göndərilib.
Vətəndaşlar bölgələrdə onlara göstərilən diqqətə və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB