“Ağalıdan çıxanda 38 yaşım var idi”. İndi isə qayıdıram və oğlumun 38 yaşı var”. SİA xəbər verir ki, bu sözləri Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı zamanı keçmiş məcburi köçkün Validə Abdullayeva deyib.
O, sözlərinə belə davam edib: “Şəhidlərimizə minnətdaram. Onlar bu vətən yolunda canını qoyub. Ağalıya getmək bizim borcumuzdur.
Ailəmin məndən başqa 4 üzvü ilə yollanıram. Allah qoysa, orada yaşıyacağıq. Sevincimin həddi-hüdudu yoxdur”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB