“Bu torpaqların alınmasında oğlumun da payı var” - KEÇMİŞ MƏCBURİ KÖÇKÜN

“Bu torpaqların alınmasında oğlumun da payı var” - KEÇMİŞ MƏCBURİ KÖÇKÜN

“30 il sonra ailəmlə doğma yurda qayıdıram”. SİA xəbər verir ki, bu sözləri Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı zamanı keçmiş məcburi köçkün Tahir İbrahimov deyib.

O, sözlərinə belə davam edib: “Ağalıdan çıxanda bir oğlum var idi. O da 44 günlük Vətən müharibəsinin iştirakçısı olub, veterandır. Bu torpaqların alınmasında onun da əməyi var. İndi isə yurduma iki oğlum və yoldaşımla birlikdə qayıdıram.

Əsas canımız sağ olsun. Bir daha müharibə olmasın”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə