“Nəvəmlə öz doğma yurduma gedirəm” - KEÇMİŞ MƏCBURİ KÖÇKÜN

“Nəvəmlə öz doğma yurduma gedirəm” - KEÇMİŞ MƏCBURİ KÖÇKÜN

“Allah şəhidlərimizə rəhmət etsin. Ruhları şad olsun. Cənab Prezidentimizə də təşəkkür edirik ki, bizə bu günü yaşatdı. Çox sevincliyəm və hisslərimi sözlərlə ifadə edə bilmirəm”. SİA xəbər verir ki, bu sözləri Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı zamanı keçmiş məcburi köçkün Gülşən Məmmədova deyib.

O, sözlərinə belə davam edib: “Nəvəmlə öz doğma yurduma gedirəm. Mənim üçün bundan sevincli gün ola bilməz. İnşallah doğma yurdumuzda bundan sonrakı günlərimiz daha gözəl olar. İnanıram ki, ağalıda savadlı gənclər yetişəcək”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə