“Şəhidlərimizin haqqını heç vaxt ödəyə bilmərik“ - KEÇMİŞ MƏCBURİ KÖÇKÜN

“Şəhidlərimizin haqqını heç vaxt ödəyə bilmərik“ - KEÇMİŞ MƏCBURİ KÖÇKÜN

“İlk dəfədir Ağalıya gedirəm. Çox həyəcanlıyam”. SİA xəbər verir ki, bu sözləri Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı zamanı keçmiş məcburi köçkün Səadət Quliyeva deyib.

O, sözlərinə belə davam edib: “Ağalı mənim üçün çox maraqlıdır. Sevinirəm ki, gedib torpaqlarımızı görəcəyik.

Allah şəhidlərimizə rəhmət etsin. Onların sayəsində torpaqlarımıza qovuşuruq. Onların haqqını heç vaxt ödəyə bilmərik.

Ağalıya iki oğlum və yoldaşımla qayıdıram. Böyük oğlum magistr təhsili alır. Kiçik oğlum isə əsgərlikdən yeni gəlib”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə