Azərbaycan KİV-ləri Çində simpoziuma və rəsmi ziyafətə qatılıblar - FOTOLAR

Azərbaycan KİV-ləri Çində simpoziuma və rəsmi ziyafətə qatılıblar - FOTOLAR

Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çinə səfəri 5-ci gündür ki, öz rəngarəng proqramı ilə davam edir. SİA xəbər verir ki, media təmsilçilərinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.

Azərbaycanlı KİV heyəti bu gün təyyarə reysi ilə Çinin Siçuan əyalətinin Çendu şəhərinə gələrək burada Sıçuan əyalətinin media nümayəndələri ilə görüşüblər. Görüş əsnasında Siçuan-Azərbaycan KİV-ləri arasında informasiya mübadiləsi ilə bağlı simpozium keçirilib. Tədbirin moderatoru qismində Çin Xarici İşlər Nazirliyinin mətbuat departamentinin rəhbəri Sian Yuqanq çıxış edib və sözü Çinə səfər edən Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyətinin rəhbəri Rəşad Kərimova verib.

Tədbir Çin və Azərbaycan jurnalistləri arasında sərbəst müzakirələrlə davam edib.

Görüşün sonunda İrs seriyasından "Salam Azərbaycan", "Qarabağın qara kitabı", "Kəlam və fırça", "Şuşa zirvədən uca" və s. digər kitablar nümayəndə heyəti adından Siçuan Xarici İşlər Departamentinə hədiyyə verilib və Azərbaycanı təmsil edən KİV nümayəndələri Siçuan Əyalətinin Xarici Əlaqələr Ofisinin təşkil etdiyi ziyafətdə iştirak ediblər.

Sıçuan Xarici İşlər Departamentinin rəhbər müavini Li Hui media nümayəndələrini rəsmi qəbul edib, salamlayıb və Azərbaycanla bağlı təəssüratını bölüşüb. Çinə səfər edən Azərbaycan jurnalistlərindən ibarət nümayəndə heyətinin rəhbəri Rəşad Kərimova da isti qarşılanmaya və səfərin uğurlu davam etməsinə görə minnətdarlığını bildirib.

İlk xəbər - 08:47

Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çinə səfəri 5-ci gündür ki, öz rəngarəng proqramı ilə davam edir. SİA xəbər verir ki, media təmsilçilərinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.

Səfər iştirakçıları bu gün Dunhuang İncəsənət Muzeyini ziyarət ediblər.

Günün sonunda Azərbaycan nümayəndə heyətinin Sıçuan əyalətinin media nümayəndələri ilə görüşü olacaq və Sıçuan Əyalətinin Xarici Əlaqələr Ofisinin təşkil etdiyi ziyafətdə iştirak edəcəklər.

Qeyd edək ki, “Bir kəmər, bir yol” region üçün qlobal əhəmiyyət daşıyan layihələrdən biridir. Burada söhbət Çindən başlayan və Avropaya qədər uzanan yoldan gedir.

Çinin xüsusən Avrasiya regionundakı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığının genişlənməsinə dəstək məqsədi daşıyan bu təşəbbüsü 2013-cü ildə elan edilib. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik dostluq münasibətləri nəticəsində ölkəmiz bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir.

Xatırladaq ki, səfər oktyabrın 22-dən 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə