“Sosial mediada insanlar yalnız həyatlarının yaxşı tərəfini göstərməyə çalışır” - PSİXOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Sosial mediada insanlar yalnız həyatlarının yaxşı tərəfini göstərməyə çalışır. Bəzən isə göstərilənlər sadəcə uydurmadan ibarət olur. Anlamaq lazımdır ki, bütün bunlar pul üçün edilir. Çünki öz gözəl ailə həyatını təbliğ edən insanlar bir zaman sonra “blogerlik” ilə məşğul olub, bundan pul qazanırlar”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
Psixoloq bildirib ki, sosial mediada yanlış informasiya axını olur: “Müxtəlif təlimlər keçən şəxslər adətən öz bilik və savadlarını deyil də, həyat tərzlərini danışırlar. Hətta bir qrup şəxslər deyə bilmədiklərini sosial media vasitəsilə deyib, kimlərəsə çatdırmağa çalışır. Bunu isə bəzi gənclər örnək götürürlər. Lakin hər kəs başa düşməlidir ki, sosial media istifadəçisi olmaq bir məsuliyyətdir və deyilən hər bir söz istənilən bir insanın həyatına təsir göstərib, addım atmasına təkan olur.
Təbii ki, bu mənada da sosial medianın hazırda boşanmalardakı rolu böyükdür. Çünki şəxs özü başa düşməsə belə, izlədikləri onun düşüncə və fikirlərində bu və ya digər formada təsir buraxır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB