Azərbaycanlı jurnalistlər Çində rəsmi ziyafətə qatılıblar və konsert proqramına tamaşa ediblər - YENİLƏNİB-FOTOLAR

Azərbaycanlı jurnalistlər Çində rəsmi ziyafətə qatılıblar və konsert proqramına tamaşa ediblər - YENİLƏNİB-FOTOLAR

Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çinə səfəri öz axarı ilə davam edir. SİA xəbər verir ki, 12 media təmsilçisinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.

Azərbaycanlı KİV heyəti bugun günün sonunda Gansu vilayətinin Lunan şəhər meriyası tərəfindən təşkil olunan rəsmi ziyafətə qatılıblar və Lancou İncəsənət və Elmlər Universitetində konsert proqramına tamaşa ediblər.

*******
09:01 - Xəbər verildiyi kimi, Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çinə səfəri öz axarı ilə davam edir. SİA xəbər verir ki, 12 media təmsilçisinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.

Səfər iştirakçıları bu gün "Gansu Daily Newspaper Group"da olub və media nümayəndələri ilə görüşüblər.

Diqqətə çatdırılıb ki, şirkətin tərkibində agentlik, onlayn qəzet, radio və s. fəaliyyət göstərir. Ümumilikdə isə 7 adda qəzet fəaliyyətdədir və gündəlik 170 min tirajla dərc olunur.

Qeyd edək ki, “Bir kəmər, bir yol” region üçün qlobal əhəmiyyət daşıyan layihələrdən biridir. Burada söhbət Çindən başlayan və Avropaya qədər uzanan yoldan gedir.

Çinin xüsusən Avrasiya regionundakı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığının genişlənməsinə dəstək məqsədi daşıyan bu təşəbbüsü 2013-cü ildə elan edilib. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik dostluq münasibətləri nəticəsində ölkəmiz bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir.

********

İlk xəbər - 08:05

Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çinə səfəri öz axarı ilə davam edir. SİA xəbər verir ki, 12 media təmsilçisinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.

Azərbaycan nümayəndə heyəti səfərin 4-cü günündə "Reader’s Digest Publishing Group" kompaniyasını ziyarət ediblər.

Səfər iştirakçılarının günün sonunadək "Gansu Daily Newspaper Group"da olub, media nümayəndələri ilə görüşü gözlənilir, həmçinin
Sarı çay körpüsünü və ana abidəsini, Qansu əyalətinin Muzeyini ziyarət etmələri planlaşdırılır.

Nümayəndə heyəti proqramın sonundaLancou İncəsənət və Elmlər Universitetində keçiriləcək konsertə tamaşa edəcəklər.

Xatırladaq ki, səfər oktyabrın 22-dən 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə