“Boyun ağrıları həyat tərzi ilə sıx əlaqədardır” - FİZİOTERAPEVT DANIŞDI

“Boyun ağrıları həyat tərzi ilə sıx əlaqədardır” - FİZİOTERAPEVT DANIŞDI

“Boyun onurğanın ən mürəkkəb və hərəkətli hissəsidir. Boyun ağrıları hazırda nəinki yaşlı nəsildə, elecə də yeniyetmələrdə və gənclərdə də sıx rastlanır. Başın arxa hissəsindən çiyin qursağı, qol ağrısı və hərəkət məhdudiyyəti, tutqunluqla görülür”. Bu sözləri SİA-ya açıqlamasında həkim fizioteraoevt Şəhla Qafarova deyib.

Ş.Qafarova bildirib ki, boyun ağrıları həyat tərzi ilə sıx əlaqədardır: “Uzun müddət sabit pozisiyada oturanlarda və qadınlarda kişilərdən daha çox rast gəlinir. Boyun ağrıları müalicə olunmayıb, proqressivləşdikdə hafizə pozğunluğu, konsentrasiya və yuxu pozğunluğu, həmçinin digər narahatlıqlara səbəb olur. Boyun ağrısı əvvəlcə həmin nahiyənin soyuması, tərləməsi və yanma hissi ile başlayır. Sonra ağrı, əzələ bərkiməsi, tutqunluq və hərəkət məhdudluğu ilə muşaiət olunur. Boyun ağrısının səbəbləri - boyun əzələlərinin hipo və hipertonusda olması, fibromialgiya, miyofasyal ağrı sindromu, osteoxondroz, disk degenerasiyası, disklərin qabarması və herniasyonlar səbəbilə sinirlərin sıxılması və s. nəticəsində ola bilər. Vaxtında müalicə olunmadıqda, əllərdə keyləşmə yanma, ağrı və nəhayətində hərəkət məhdudluğuna səbəb olaraq həyat fəaliyyətini aşağı salır. Hər hansı bir narahatlıq hiss etdikdə, mütəxəssisə müraciət edib, simptomu aradan qaldırmaq və digər xəstəliklərə rəvac verməməsi üçün çalışmaq lazımdır.

Fizioterapiyada bu tip ağrılar üçün geniş imkanlar var. Bunlardan elektroterapiya, aplikasiyalar, hirudoterapiya (zeli terapiyasi ), hicama terapiyasi, su prosedurları, masaj və s . sadalamaq olar. Xəstəliyin mərhələsindən, yanaşı xəstəliklərdən və individual olaraq, prosedurun növü və müddəti təyin edilir. Burada Hippokratın bir sözünü xatırlamaq yerinə düşər: “Müalicəni heç vaxt gecikdirməyin” “.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə