Qəribə qoxuları sevənlər hansı xəstəlikdən əziyyət çəkir? - AYDINLIQ GƏTİRİLDİ

Qəribə qoxuları sevənlər hansı xəstəlikdən əziyyət çəkir? - AYDINLIQ GƏTİRİLDİ

“Kley, ayaqqabı mazı, lak, boya və benzin kimi qoxuları sevən insanları əslində asılı şəxslər kateqoriyasına aid edirik”. Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev deyib.

Onun sözlərinə görə, əgər gündəlik həyat tərzlərində bu kimi davranışlar bioloji, sosial və fizioloji problemlər yaradırsa, bu asılılıq kimi dəyərləndirilir: “Bunun bir növ narkomaniya, alkoqolizm və digər asılılıqlardan heç bir fərqi yoxdur. Bəzi mənbələrdə bu orqanizmdə müəyyən bir maddə çatışmazlığı nəticəsində qəbul səbəbi kimi götürülür. Amma bunun heç bir elmi əsası yoxdur. Amma şəxs vasitədən istifadə edərək rahatlayır, komfort zonanı tapdıqdan sonra problemdən çıxış yolu olaraq yenidən eyni davranışları təkrar edir. Bu zaman da asılılıq formalaşır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə