Bəhruz Quliyev: "Çinin Gansu New Media Qrupu ilə əməkdaşlıq haqqında memorandum imzalanacaq" - MÜSAHİBƏ
Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çinə səfəri davam edir. SİA xəbər verir ki, 12 media təmsilçisinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.
Səfər iştirakçıları bu gün "Gansu Daily Newspaper Group"da olub və media nümayəndələri ilə görüşüblər.
Diqqətə çatdırılıb ki, şirkətin tərkibində agentlik, onlayn qəzet, radio və s. fəaliyyət göstərir. Ümumilikdə isə 7 adda qəzet fəaliyyətdədir və gündəlik 170 min tirajla dərc olunur.
Görüşdən sonra SƏS Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev Çinin aparıcı media orqanı olan Gansu New Media Qrupuna müsahibə verib. B.Quliyev müsahibədə faydalı əməkdaşlıq barədə sualları cavablandırıb, eyni zamanda perspektivlər haqqında öz fikirlərini bölüşüb. O, gələcəkdə informasiya mübadiləsi haqqında təkliflər irəli sürüb və bu barədə Gansu New Media Qrupunun rəhbərinin də fikirlərinin müsbət olduğunu diqqətə çatdırıb. Bəhruz Quliyev həmçinin tezliklə sözügdən bu Media Qrupları arasında Memorandum imzalanacağını da bildirib.
Xatırladaq ki, səfər oktyabrın 22-dən 30-dək davam edəcək.
Qeyd edək ki, “Bir kəmər, bir yol” region üçün qlobal əhəmiyyət daşıyan layihələrdən biridir. Burada söhbət Çindən başlayan və Avropaya qədər uzanan yoldan gedir.
Çinin xüsusən Avrasiya regionundakı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığının genişlənməsinə dəstək məqsədi daşıyan bu təşəbbüsü 2013-cü ildə elan edilib. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik dostluq münasibətləri nəticəsində ölkəmiz bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB