“Soyuducunun dərəcəsi tez-tez dəyişdikdə məsulun ömrü qısalır“ - MÜTƏXƏSSİS FİKRİ
“Bişirilmiş və tərkibində ət, toyuq, balıq, yumurta olan məhsullar soyuducuda 48 saat saxlanıla bilər. Əslində bu müddət 72 saatdır. Lakin biz nəzərə alırıq ki, soyuducunun qapısı tez-tez açılıb-bağlandığından dərəcə də dəyişir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Ağa Salamov deyib.
A.Salamov bildirib ki, soyuducunun dərəcəsi tez-tez dəyişdikdə də məhsulun ömrü qısalır: “Buna görə də bişirilmiş qidaların soyuducuda 48 saat saxlanılması məqsədəuyğundur.
Yarım-fabrikat məsullar isə ət dondurularaq, uzun müddət soyuducuda saxlanıla bilər. Amma bu məsləhət görülmür. Çünki birbaşa qidanın keyfiyyətini aşağı salır. Ümumiyyətlə dondurulmuş məhsulun donu açıldıqdan sonra onu yenidən dondurmaq düzgün deyil. Çünki bu qida zəhərlənməsi ilə nəticələnə bilər. Ümummiyyətlə yeməklər ən yaxşı ləzzətini təzə bişirildikdə ehtiva edir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB