Azərbaycanlı jurnalistlər Çinin aparıcı media rəhbərləri ilə bir arada - FOTOLAR
Xəbər verdiyimiz kimi, Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çinə səfəri artıq 3-cü gündür ki, davam edir. SİA xəbər verir ki, 12 media təmsilçisinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.
Səfər çərçivəsində Azərbaycanlı KİV heyəti bu gün Qansu Əyaləti Xarici İşlər Ofisinin təşkil etdiyi iş yeməyinə qatılıblar. Ziyafətdə Çinin aparıcı media rəhbərləri də iştirak edib.
Qeyd edək ki, “Bir kəmər, bir yol” region üçün qlobal əhəmiyyət daşıyan layihələrdən biridir. Burada söhbət Çindən başlayan və Avropaya qədər uzanan yoldan gedir.
Çinin xüsusən Avrasiya regionundakı ölkələrlə ikitərəfli və çoxtərəfli iqtisadi-ticari əməkdaşlığının genişlənməsinə dəstək məqsədi daşıyan bu təşəbbüsü 2013-cü ildə elan edilib. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik dostluq münasibətləri nəticəsində ölkəmiz bu təşəbbüsü ilk dəstəkləyən ölkələrdən biri olmaqla yanaşı, özünün iqtisadi potensialı, əlverişli coğrafi mövqeyi, eləcə də nəqliyyat-logistika imkanları ilə onun icrasına önəmli töhfələr verir.
**********************
İlk xəbər – 10:52
Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çinə səfəri artıq 3-cü gündür ki, davam edir. SİA xəbər verir ki, 12 media təmsilçisinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.
Azərbaycan nümayəndə heyəti bu gün Urumçi Beynəlxalq Hava Limanına gedərək Urumçidən Lancouya China Southern Airlines CZ6949 reysi ilə səyahət ediblər.
Səfər iştirakçıları Çində Lancou Kimya Sənaye Parkını, eləcə də Lancou yeni rayon sərgi salonunu ziyarət ediblər.
Günün sonunda isə Qansu Əyaləti Xarici İşlər Ofisinin təşkil etdiyi iş yeməyinə qatılacaqlar.
Xatırladaq ki, səfər oktyabrın 22-dən 30-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB