POS-terminal quraşdırılmayan restoranlar cəzalandırılır? - HÜQUQŞÜNAS AÇIQLADI

POS-terminal quraşdırılmayan restoranlar cəzalandırılır? - HÜQUQŞÜNAS AÇIQLADI

“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 219 nömrəli qərarına əsasən, ölkə ərazisində dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyekt və obyektlərində POS-terminal olması icbaridir”. Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.

Onun sözlərinə görə, rüblük dövriyyəsi 2 000 manatdan artıq olan bütün vergi ödəyiciləri, həmçinin turizm, səhiyyə, istirahət, avtomobil, nəqliyyat, idman, mebel və s. hamısı POS-terminal quraşdırmağa məcburdur: “Əgər xidmət aldığınız hər hansısa obyektdə POS-terminal yoxdursa, kartdan karta ödəniş üsulundan istifadə olunur ki, bu da tamamilə əsassız və qanunsuzdur. Buna görə vətəndaş həmin obyekti Vergilər Xidmətinə şikayət edə bilər”.

Şamil Paşayev sözlərinə belə davam edib: “POS-terminalların quraşdırılması qaydalarını pozan və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində ilk dəfə yol verildikdə 1000 manat, ikinci dəfə 3000 manat məbləğində, təqvim ili ərzində belə hallar üçüncü və daha çox təkrar olduqda isə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. POS-terminalın olmaması vətəndaşların ƏDV çekini almasına əngəl yaradır bu da istehlakçıların hüquqlarının pozulmasıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə