Azərbaycanlı heyət Çinin yerli media nümayəndələri ilə görüşüb - YENİLƏNİB-FOTOLAR

Azərbaycanlı heyət Çinin yerli media nümayəndələri ilə görüşüb - YENİLƏNİB-FOTOLAR

Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çinə səfəri davam edir. SİA xəbər verir ki, 12 media təmsilçisinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.

Azərbaycan nümayəndə heyəti gün ərzində Urumçidə Yuejin küçəsi Cənub mikrorayonunu, Sincan Beynəlxalq Böyük Bazarını ziyarət ediblər.

Daha sonra Azərbaycandan olan KİV nümayəndələri Sincan-Uyğur Muxtar Bölgəsinin (XUAR) Xarici Əlaqələr Ofisinin təşkil etdiyi toplantıda yerli media nümayəndələri ilə görüşüb.

Sincan Uyğur Muxtar Vilayət Komitəsinin təbliğat şöbəsinin müdir müavini, Sincan Xarici İşlər İdarəsinin aparıcı partiya üzvləri qrupunun baş direktoru və katibi Su Quisan sözügedən region haqqında Azərbaycanlı KİV nümayəndələrinə geniş məlumat verib. O, bu regionda baş vermiş terror hadisələrindən, həyata keçirilən antiterror əməliyyatlarından, Uyğur Muxtar regionunun iqtisadi inkişafından və s. danışıb.

Daha sonra qarşılıqlı şəkildə xatirə fotosu çəkilib və Azərbaycan nümayəndə heyəti XUAR Xarici İşlər Ofisinin təşkil etdiyi ziyafətə qatılıblar.

***********

İlk xəbər - 09:59 - Xəbər verdiyimiz kimi Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çinə səfəri davam edir. SİA xəbər verir ki, 12 media təmsilçisinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.

KİV nümayəndələri səfərin ikinci günündə Çinin məşhur Tyanki gölünü ziyarət ediblər. Məlumat verilib ki, göl dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşir və 5 min kv.km əraziyə malikdir.

Azərbaycan nümayəndə heyətinin gün ərzində Urumçidə Yuejin küçəsi Cənub mikrorayonunu, Sincan Beynəlxalq Böyük Bazarını ziyarəti planlaşdırılır. Bununla belə media nümayəndələrinin Sincan-Uyğur Muxtar Bölgəsinin (XUAR) Xarici Əlaqələr Ofisinin təşkil etdiyi görüşdə yerli media nümayəndələri ilə görüşü olacaq və XUAR Xarici İşlər Ofisinin təşkil etdiyi ziyafətə qatılacaqlar.

Xatırladaq ki, səfər oktyabrın 22-dən 30-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə