Soyuducuda ərzaqların qonşuluğu necə olmalıdır? - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

Soyuducuda ərzaqların qonşuluğu necə olmalıdır? - MÜTƏXƏSSİS AYDINLIQ GƏTİRDİ

“Soyuducuda çarpaz çirklənmənin qarşısını almaq üçün riskli məsullar biri-birindən aralı olmalıdır. Məsələn, ət, toyuq və balığın yanaşı qoyulması düzgün deyil. Çünki toyuqda bakteriyalar ətə yoluxmuş ola bilər və ya əksi baş verə bilər”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Ağa Salamov deyib.

A.Salamov bildirib ki, adıçəkilən məhsullar emal prosesindən sonra üzəri bağlı şəkildə, soyuducuda ayrı-ayrı rəflərdə mühafizə olunmalıdır: “Bişmiş qidalar isə çiy qidalardan ayrı mühafizə edilməlidir. Ən alt qatda isə çiy məhsulların düzülməsi məqsədəuyğundur.

Ümumiyyətlə bir qayda olaraq ətlə toyuq yanaşı gəlməmidir. Yəni ətin doğrandığı taxta yuyulmamış üzərində ət doğramaq düzgün deyil. Əks halda çarpaz çirklənmə nəticəsində qida zəhərlənməsi baş verə bilər”.

Bütün xəbərlər Facebook səhifəmizdə