"Peşə təhsili kadr təminatına imkan yaradır" - MÜNASİBƏT

"Peşə təhsili kadr təminatına imkan yaradır" - MÜNASİBƏT

Azərbaycanda peşə önəm verilən təhsil pillələrindən biridir. Peşə təhsilinin inkişafı həm də müxtəlif sahələrdə kadr təminatı siyasətinin uğurla həyata keçirilməsinə imkan verir”. Bunu SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.

Onun sözlərinə görə, son illərdə bu istiqamətdə həyata keçirilən işlər bütövlükdə ölkənin sosial iqtisadi inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi prespektivlərini genişləndirir və bu da peşə təhsilinə həm önəmi, həm də marağı artırıb: “Eyni zamanda, peşə təhsili kadrlara əmək bazarında tələbı daha da genişləndirib. Bununla bağlı dövlət kifayət qədər ciddi addımlar atır. Peşə təhsilinin inkişafı üzrə dövlət proqramı qəbul olunaraq icra olunub. Dövlət proqramında da peşə təhsilinə və fərqli peşə istiqamətlərinə marağın artırılması əks olunub və bu istiqamətdə işlər davam etdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 9 mart 2022-ci il tarixli qərarla “Peşə təhsili müəssisələrinə yüksək ixtisaslı texniki peşə təhsil səviyyəsi üzrə təhsilin kredit sistemi ilə təşkili qaydası”nı təsdiq etdi. Burda da yüksək texniki peşə səviyyəsi üzrə ixtisas proqramlarının müvafiq ixtisaslar üzrə ali təhsilin proqramına uyğunluğu təmin olundu. Bu o deməkdir ki, yüksək peşə təhsili səviyyəsini müvəqqətlə başa vuran məzunlara su bakalavır məzunlarının topladığı kreditlər nəzərə alınır və bu da bakalavr səviyyəsiə uyğun ixtisaslarında ali təhsili müəssisələri tərəfindən nəzərə alınır. Ölkəmizdə müasir standartlara cavab verən peşə məktəblərinin açılması, gənclərimizin peşə ixtisaslarına marağını artıracaq və bu da sonralar çalışdıqları dövrdə işlərinin effektivliyini artıracaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə