"Dinsiz insan vəhşi canlıya bənziyər" - DİN XADİMİ DANIŞDI

"Dinsiz insan vəhşi canlıya bənziyər" - DİN XADİMİ DANIŞDI

“Allah-təala insanı yaradıb və onun yaranışında, fitrətində ona dini inam və ehtiyaclar qoyub. Din sözü hərfi mənada borc deməkdir. İnsanın Yaradan qarşısında həyatda icra etdiyi əxlaqi, mənəvi dəyərlərə din deyilir. Din insanı formalaşdırır, kamilləşdirir və saflaşdırır. Dinsiz insan vəhşi canlıya bənziyər. Çünki insanı insan edib, onun formalaşmasını təmin edən faktor məhz dindir”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

F.Nurullayev bildirib ki, din hər bir insan üçün vacib amildir: "Bəşər övladı dünyaya bəxş olunduqda birinci insan Peyğəmbər olub. Hansı ki, Peyğəmbər din sahibidir. Sonrakı ümmət, yaranan nəsillərə də Allah-təala din bəxş edən Peyğəmbərlər göndərib ki, dini əqidəni, ehtiyacları onlara başa salsın.

Dinsiz cəmiyyət olmaz. Zamanında Sovet hökuməti dinsizliyi təbliğ etdi və 70 il ərzində insanlar dinsiz quruluşa sahib olduqlarından yolarını azdılar, halal və haram biri-birinə qarışdı.

Mənəvi dəyərin sağlam şəkildə formalaşması üçün dinə böyük ehtiyac var. Müxtəlif alimlərin din ilə bağlı araşdırmalarına görə də din təftiş deməkdir. İnsanın daxili və xarici dünyası vəhdətdədir. Mənəvi dünya ilə fiziki dünya biri-birinə elə bağlıdır ki, biri-birinə hesab verir. İnsan atdığı addımların hesabatını hər gün özlüyündə sorğu-sual etməlidir. Bir sözlə, din olmasa insanlar yollarını azarlar, bu da böyük fəsadlara yol açar. Dünyada böyük müharibələrə səbəbiyyət verənlər də məhz dinsizlərdir. Dinin saflıq, paklıq və sağlam həyat üçün vacib amil olduğunu unutmamalıyıq".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə