Çinə səfər edən media nümayəndələri Tyanki gölündə olublar - FOTOLAR
Xəbər verdiyimiz kimi Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çinə səfəri davam edir. SİA xəbər verir ki, 12 media təmsilçisinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.
KİV nümayəndələri səfərin ikinci günündə Çinin məşhur Tyanki gölünü ziyarət ediblər. Məlumat verilib ki, göl dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşir və 5 min kv.km əraziyə malikdir.
Azərbaycan nümayəndə heyətinin gün ərzində Urumçidə Yuejin küçəsi Cənub mikrorayonunu,
Sincan Beynəlxalq Böyük Bazarını ziyarəti planlaşdırılır. Bununla belə media nümayəndələrinin Sincan-Uyğur Muxtar Bölgəsinin (XUAR) Xarici Əlaqələr Ofisinin təşkil etdiyi görüşdə yerli media nümayəndələri ilə görüşü olacaq və XUAR Xarici İşlər Ofisinin təşkil etdiyi ziyafətə qatılacaqlar.
Xatırladaq ki, səfər oktyabrın 22-dən 30-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB