“Bir dəfə qan verməklə üç insanın həyatı xilas olunur” - QURUM RƏSMİSİ DANIŞDI

“Bir dəfə qan verməklə üç insanın həyatı xilas olunur” - QURUM RƏSMİSİ DANIŞDI

“Bugünkü qanvermə aksiyası Azərbaycan Respublikası Səhiyyə nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı və YAP Mərkəzi Aparatının birgə təşkilatçılığı ilə baş tutur. Aksiyanın əsas məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkən, digər profilli xəstəliklər zamanı qana ehtiyacı olan şəxslərə, doğuş zamanı qan itirən qadınlara və nəqliyyat qəzalarında, əməliyyatlar zamanı qana ehtiyac olduqda istifadə edilməsi üçün yığılır”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Qan Bankının müdir müavini Xəyalə Qafarova deyib.

X.Qafarova bildirib ki, bir dəfə qan verməklə üç insanın həyatı xilas olunur. İl ərzində kişilər 3, qadınlar isə 4 dəfə qan verə bilərlər.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə