“Bəzən şiddət hər iki tərəfin seçimi olur” - PSİXOLOQ FİKRİ

“Bəzən şiddət hər iki tərəfin seçimi olur” - PSİXOLOQ FİKRİ

““Həm döyür, həm sevir” düşüncəsi bir çox hallarda insanın bu cür fikirlərlə böyüməsi, ona öyrəşməsi ilə formalaşır. Yəni atasının anasını döydüyünü görüb, həm də sevdiyini eşidərək böyüyən uşaqlar gələcəkdə öz şəxsi həyatlarında da bunu normal hal kimi qəbul edirlər”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.

Onun sözlərinə görə, şiddətə meyilli kişilər də təbii ki, qadında bu fikri formalaşdırmaq üçün əllərindən gələni edirlər: “İstənilən halda insan müxtəlif səbəblərə dayanaraq bu ifadəyə inanmağı seçir.

“Bu insanların fikrini dəyişdirmək üçün çalışmağa dəyərmi? “ sualına isə cavab tapmaq çətin olur. Çünki insanın böyüdüyü mühit onun komfort zonasına çevrilir və mühitdə gördükləri, eşitdiklərindən onu uzaqlaşdırmaq o qədər də asan və mümkün bir proses olmur. Buna görə də insan özü həyatında yaşadıqlarının səhv olduğunu dərk etməli, özü öz həyatını analiz etməlidir.

Ümumiyyətlə “həm döyür, həm sevir” ifadəsinin hökm sürdüyü münasibətlərdə şiddəti göstərənlə bərabər, şiddəti qəbul edib susanın da qəbahəti böyükdür. İstənilən halda şiddət qəbuledilməzdir. Lakin təəssüf ki, şiddət bəzən hər iki tərəfin seçimi olur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə