Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə Çinə media-tur təşkil edilib. SİA xəbər verir ki, 12 media təmsilçisinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.
KİV nümayəndələri ilk olaraq Çinin Urumçi şəhərinə gəliblər və burada Urumçi Planlaşdırma Muzeyini ziyarət ediblər. Daha sonra onlar "Terrorla mübarizə və radikalizmlə mübarizə" mövzusunda sərgilərə tamaşa ediblər.
Media nümayəndələri günün sonuna kimi Çində Sincan İncəsənət İnstitutunu, GAC (Guangzhou Automobile Group) Group-un Sincan filialını, eləcə də Asia Innovative Energy Co. Ltd-ni ziyarət edəcəklər.
Xatırladaq ki, səfər oktyabrın 22-dən 30-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB