"Onlar iplərin daim öz əllərində olmasını istəyirlər" - AYDINLIQ GƏTİRİLDİ

"Onlar iplərin daim öz əllərində olmasını istəyirlər" - AYDINLIQ GƏTİRİLDİ

“Narsist bir insanla “mən” deyərək danışsanız, əsəbləşər. Çünki onlara görə siz “mən” dedikdə özgüvəniniz daha çox bəlli olur”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Psixoloq sözlərinə belə davam edib: “Narsisti tərifləməsəniz, təsdiqləməsəniz və onu görməzdən gəlsəniz bundan qıcıqlanar.

Bir narsisti əsəbləşdirən daha bir məqam isə ona “yox” deyilməsidir. Narsistlər “yox” cavabını almağa nə hazır deyillər, nə də sevmirlər. Məsələn, işdə, yaxud sevgidə rədd edilmək də bura aiddir. Rədd edilmə cavabı onları çox əsəbləşdirə bilər”.

Zeynəb Eyyubova bildirib ki, narsist hadisələrdə idarəetməni itirərsə məhv olar: “İplərin daim öz əllərində olmasını istəyirlər.

Kimsə narsisti müzakirə edərsə, o bundan çox qıcıqlanar. Həmçinin, həyatında özündən uğurlu birini görmək onları özündən çıxarar. Onları qıcıqlandıran digər bir məqam isə kiminsə onun narsist olmasını bilməsi və bunu onun üzünə qarşı söyləməsidir”

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə