İnsanın artıq çəki almasına SƏBƏB NƏDİR? - MÜTƏXƏSSİS İZAH ETDİ

İnsanın artıq çəki almasına SƏBƏB NƏDİR? - MÜTƏXƏSSİS İZAH ETDİ

“İnsanın artıq çəki almasına endokronoloji problemlər, stress, həyat tərzi, ətraf mühüt və s. səbəb ola bilər. Amma qəbul edilən qidalar bu səbəblərin başında gəlir. İstehlak edilən qida məsullarının içərisində boş karbohidratlar olduqda qaraciyər piylənməsi baş verə bilər. Eyni zamanda süni dadlandırıcı qidalar da insanın çəki almasına səbəbiyyət verir”. Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma üzrə mütəxəssis Ağa Salamov deyib.

Onun sözlərinə görə, rəngli, qazlı içkilərin içərisində şəkər miqdarı yüksək olduğundan onlar da artıq çəkiyə səbəb olur: “Tərkibindəki fosfor turşusu isə yaşlılarda sümük əriməsinə, uşaqlarda isə sümük inkişafına mane olur. Düzgün qidalanmaq üçün yerli və mövsümü məsullardan istifadə edilməlidir. Həftə ərzində balıq, toyuq və qırmızı ət mütəmadi olaraq istifadə olunmalıdır.

Limon insan orqanizmi üçün olduqca faydalıdır. Eynilə də limonlu su içmək, hətta tərkibinə nanə əlavə olunaraq qəbul edilməsi onu da daha faydalı edir. Lakin limonlu su içdikdən sonra zərərli qidalandıqda, onun orqanizmə heç bir faydası qalmır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə