Azərbaycanın ən innovativ xəbər saytından daha bir inqilabi yenilik. Daim oxucularının rahatlığını düşünən SİA.az komandası xəbərlərin çatdırılması üçün tədbirlərini davam etdirir.
SİA bu gün daha bir addım irəli gedərək, xəbərlərin Azərbaycanda çox böyük auditoriyaya malik WhatsApp messenceri ilə yayılması üçün yenilik etdi. Belə ki, bundan sonra saytın mobil versiyasına daxil olan oxucular oxuduqları, dostlarını, üzv olduqları qrupları məlumatlandırmaq üçün xəbərləri WhatsApp vasitəsilə paylaşa biləcəklər.
Yeni bölmə hər bir xəbərin sonunda, Facebook, Twitter və e-mail ilə paylaşım funksiyaları ilə eyni sırada yerləşir.
Düyməyə basan kimi dərhal smartfonun ekranında WhatsApp messenceri açılır və oxucu bundan sonra xəbəri paylaşmaq istədiyi dostunu, yaxud üzv olduğu qrupu seçə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB