“Yenidənqurma işlərinin sürətli aparılması Azərbaycanın gücünü göstərir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Yenidənqurma işlərinin sürətli aparılması Azərbaycanın gücünü göstərir” - MÜNASİBƏT BİLDİRİLDİ

“Böyük Qayıdış prosesi davam edir. Artıq həm Qarabağda, həm də Şərqi Zəngəzurda keçmiş məcburi köçkünlərin geri qayıtması və məskunlaşması müşahidə olunur. Laçında məskunlaşma isə bütövlükdə Şərqi Zəngəzurda Böyük Qayıdışın sürətli şəkildə aparılmasından xəbər verir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, son günlər məskunlaşmanın intensivləşməsi də ondan xəbər verir ki, köç prosesi qısa müddət ərzində yekunlaşacaq: “2026-cı ildə işğaldan azad edilmiş ərazilərimizdə 140 mindən artıq əhalinin məskunlaşacağı gözlənilir. Bu istiqamətdə də bərpa və yenidənqurma işləri davam etdirilir. Həmin ərazilərin ən müasir şəkildə bərpa edilməsi Azərbaycanın gücünü göstərən amillərdəndir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə