“Qadınların ictimai həyatda fəal iştirakının təmin olunması vacibdir” - VLADANKA ANDREEVA

“Qadınların ictimai həyatda fəal iştirakının təmin olunması vacibdir” - VLADANKA ANDREEVA

“Azərbaycan qadınlarının VI Qurultayı əməkdaşlıq üçün gözəl platformadır. Düşünürəm ki, bu toplantı əməkdaşlığa töhfə verəcək”. SİA xəbər verir ki, bu sözləri Azərbaycan Qadınlarının VI Qurultayının oktyabrın 19-da keçirilən açılış mərasimində BMT-nin Azərbaycandakı resident-əlaqələndiricisi Vladanka Andreeva deyib.

O, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən danışan nümayəndənin Azərbaycanda bu istiqamətdə müvafiq işlər görüldüyünü diqqətə çatdırıb: “Azərbaycanda qadın hüquqlarının qorunması, gender əsaslı zorakılıqla mübarizə, erkən nikahların qarşısının alınması ilə bağlı QHT-lərlə də sıx əməkdaşlıq edirik. Qadınların ictimai həyatda fəal iştirakının təmin olunması vacibdir.

Azərbaycan qadınlarının qərar qəbul etmə prosesində fəallığının artırılmasının önəmini qeyd edən BMT-nin rezident-əlaqələndiricisi onların öz hüquqlarının qorunması qətiyyətli olduqlarını diqqətə çatdırıb.

Onun sözlərinə görə, gənc qızların təhsili və məşğulluğunun artırılması vacib məsələlərdəndir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə