“Tarixi zəfərin əldə olunmasında qadınlar xüsusi fədakarlıq göstəriblər” - Ombudsman
“Vətən müharibəsi dövründə qəhrəman əsgərlərimizin xidmət etdiyi orduda bir nəfər belə fərarilik olmadı. Burada qadınların həmin əsgərlərə verdiyi tərbiyənin böyük rolu var. İnkar etmək olmaz ki, tarixi zəfərin əldə olunmasında qadınlar xüsusi fədakarlıq göstəriblər. Müharibədən ən çox əziyyət çəkən və hüquqları kobud şəkildə pozulanlardan biri də məhz qadınlardır”. SİA xəbər verir ki, bu sözləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.
Onun sözlərinə görə, bu bir həqiqətdir ki, baş verən bütün silahlı münaqişələr, müharibələr və təbii fəlakətlər zamanı ən böyük çətinlik qadın və uşaqların üzərinə düşür: “Bu mənada Birinci Qarabağ və Vətən müharibəsi dövründə Azərbaycan qadınları öz missiyasını layiqincə yerinə yetiriblər. Burada onlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Prezident İlham Əliyevin mənəvi dəyərini hər zaman hiss ediblər.
Bu gün qloballaşan dünyanın mürəkkəb problemlərinin həllli, cəmiyyətin dinamik inkişafının təmini prosesində qadınlar fəal şəkildə iştirak etməkdədir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB