“Ana hər bir insan üçün müqəddəsdir” - BAHAR MURADOVA

“Ana hər bir insan üçün müqəddəsdir” - BAHAR MURADOVA

“Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli ordumuzun şücaəti nəticəsində 200 ilə söykənən erməni avantürası tarixin qaranlığına göndərildi. Ölkəmizin hər qarışında suverenliyimiz bərpa edildi və bundan sonra bütün proseslər yalnız Müzəffər Ali Baş Komandanımızın arrtıq Xankəndidə də ucaltdığı 3 rəngli Azərbaycan bayrağının əzəmətli kölgəsində baş verəcəkdir”. SİA xəbər verir ki, bu sözləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Bahar Muradova sözərinə belə davam edib: “O, bunu 15 oktyabrda, Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətə həsr olunmuş Prezidentlik fəaliyyətinin 20 ilinin tamamında etdi. 15 oktyabr bundan sonra Azərbaycanda əsl müstəqillik və Milli Qürur Günü kimi əbədi qeyd ediləcəkdir. Bu Qələbə münasibətilə bir daha hamını təbrik edirəm!

Həmçinin artıq 3-cü ildönümünü qeyd edəcəyimiz “Böyük Zəfər”ə gedən yolun bizim hamımız üçün çətin keçən sınaq günlərində xeyirxahlıq, şəfqət, ehtiyacı olanın yanında olmaq kimi müsbət dəyərlərimizlə əslində nə qədər böyük xalq olduğumuzu bir daha təsdiq etdik. Bu dəyərləri yaşatmağı, onların ətrafında daha da sıx birləşməyi Azərbaycanı sevən hər kəs özünə borc bildi.

“Ana hər bir insan üçün müqəddəsdir. Təsadüfi deyil ki, biz Vətənə də “Ana Vətən” deyirik, torpağa da. Azərbaycan xaqının ən böyük sərvəti ondan ibarətdir ki, o, əsrlər boyu qəhrəman, cəfakeş, dözümlü analar yetişdirmişdir” deyirdi Ulu Öndərimiz. Məhz belə analarımızın dünyaya gətirib tərbiyələndirdiyi, vətənpərvər ruhda yetişdirdiyi, övladlar ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşdular, Vətən uğrunda canlarından keçdilər. Azərbaycan qadını da taleyinə yazılan “şəhid anası”, “şəhid xanımı”, “şəhid bacısı”, “şəhid qızı” kimi şərəfli adı qürurla daşıdığını bir daha nümayiş etdirməkdədir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə