“Qadınların qarşısında qoyulan bütün vəzifə və öhdəliklərə sadiq qalacağıq” - BAHAR MURADOVA
“Səmimi arzularına görə cənab Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Biz Azərbaycan dövlətinin qadınların qarşısında qoyduğu bütün vəzifə və öhdəliklərə sadiq qalacağıq”. SİA xəbər verir ki, bu sözləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Bahar Muradova sözlərinə belə davam edib: “Biz bu gün qonaqlarımızı daha güclü bir Azərbaycanda və fərqli abu-havada qələbənin sevincindən doğan qürur hissi ilə salamlayırıq.
15 oktyabr bundan sonra Azərbaycanda əsl müstəqillik və qələbə günü kimi qeyd ediləcək.
Bu gün dövlətimiz hər bir şəhidin ailəsinə və qazilərə öz diqqət və qayğısını əsirgəmir. Qurultayda şəhid analarının da bir qismi iştirak edir. Onların qarşısında baş əyirəm”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB