Azərbaycan Qadınlarının VI Qurultayı keçirilir - YENİLƏNİR - FOTOLAR
Bu gün Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Qadınlarının VI Qurultayı keçirilir. SİA xəbər verir ki, Azərbaycanın bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi bu qurultay ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk Qadın Qurultayının 25 ili münasibətilə baş tutur.
Qurultay Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra isə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca “Heydər Əliyev və Dövlət Qadın siyasəti” haqqında film nümayiş olunub.
Qurultay “Ulu Öndər Heydər Əliyevin əsas missiyası: Böyük Qayıdış”, “Gender məsələləri hüquqi müstəvidə:Mövcud vəziyyət, qarşıda duran məsələlər”, “Sosial-iqtisadi islahatların gender aspektləri.Formal və qeyri-formal məşğulluqda qadın təmsilçiliyi”, “Qadın hüquqlarının həyata keçirilməsində çağırışlar və qlobal tendensiyalar” mövzuları üzrə 4 paneldə baş tutacaq.
Türkiyə, Özbəkistan və Tacikistan Respublikalarının dövlət rəsmilərinin də qatıldığı Qurultayda millət vəkilləri, dövlət və qeyri-hökumət, eləcə də beynəlxalq təşkilatların və xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, o cümlədən respublikanın bütün regionlarından nümayəndələr, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcək, qeyd edilən məsələləri müzakirə edərək, təkliflərini diqqətə çatdıracaqlar.
Yekunda müzakirə və təkliflər əsasında Qətnamə qəbul olunacaq və Azərbaycan qadınlarının Prezidentə müraciəti səsləndiriləcək.
Xatırladaq ki, Qurultaydan öncə, 60-a yaxın ictimai-fəal qadının Fəxri Xiyabana ziyarəti baş tutub.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB