Dedim elə, bizimkilərdən olacaq...

Dedim elə, bizimkilərdən olacaq...

...Gürcüstanın Bolnisi bələdiyyəsinin Naxiduri kəndində səkkizinci sinif şagirdi uşaq dünyaya gətirib.

SİA-nın əldə etdiyi məlumata görə, Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb.

Və məlum olub ki, azərbaycanlı ailədən olan qız ötən il 13 yaşında ikən ərə verilib.

“Novosti-Georgia” agentliyi yazır ki, hüquq-mühafizə orqanları yalnız o, ana olduqdan sonra “əl-ayağa” düşüblər.

Qeyd edək ki, bununla bağlı mesajı vətəndaş fəalı Tozu Gülməmmədli “Facebook” vasitəsilə yayıb.

Qızın oxuduğu məktəbdən isə anasının ailənin xaricə köçdüyünü deyərək sənədləri götürdüyünü bildiriblər.

Yeri gəlmişkən, bu yaxınlarda analoji erkən nikah hadisəsi Saqarecoy bələdiyyəsində faciəyə səbəb olmuşdu. Belə ki, ailəsi tərəfindən ərə getməyə məcbur edilən 14 yaşlı Aytac Şahmarova qaçmaq istəyərkən “əri” tərəfindən öldürülmüşdü.

Necə deyərlər, “kişidi bu?..”

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə