Xüsusən daim çantada saxladığımız və gündəlik olaraq həm özümüz, həm də övladlarımız üçün istifadə etdiyimiz nəm salfetlərin zərərlərini bilsəydiniz, ondan bir daha istifadə etmək istəməzdiniz. Bu məhsulları evdə, avtomobilinizdə, çantanızda, ofislərdə və iş yerlərində demək olar ki, hər stolun üstündə görə bilərsiniz. Bunun səbəblərindən biri də masa, şkaf, rəf, əl və əşyalar kimi davamlı toxunulan yerləri tez təmizləmək, daha gigiyenik bir quruluşa sahib olmaqdır. Bəs, həqiqətənmi bu səthlər və dərimiz nəm salfetlərlə təmizlənir?

SİA mövzu ilə bağlı araşdırma aparıb.
Nəm salfeti kim ixtira edib?
Amerikalı Artur Julius nəm salfetlərin ixtiraçısı hesab olunur. Julius kosmetika sənayesində işləyirdi və 1957-ci ildə sabun parçalayan maşın düzəltdi. O, maşını Manhettendə bir loftda quraşdırdı. Julius 1958-ci ildə Wet-Nap markasını təqdim etdi və bu, hələ də istifadə olunan məhsulun adıdır.
Nəm salfetlər Türkiyəyə nə vaxt gəlib?
1992-ci ildə Türkiyəyə onlarla müxtəlif nəm salfetlər daxil olub. Anaların və restoran sahiblərinin imdadına çatan bu ixtira çantaların vazkeçilməz əşyasıdır.
Hər qadının həmişə çantasında olduğu nəm salfetlər uşaqlar üçün də tez-tez istifadə olunur. Hazırda körpələr üçün xüsusi olaraq istehsal olunan bu salfetlərə sıx-sıx rast gəlmək mümkündür. Hətta bu gün bir çox analar övladlarının bezini dəyişdikdən sonra onları yuyundurmaq əvəzinə nəm salfetlə silib təmizləyirlər. Bu da olduqca rahatdır. Bəs, gəlin görək bu rahatlığın arxasında hansı zərərlər dayanır.

Nəm salfetlərin zərərləri
Bu məhsullar o qədər zərərsiz görünür ki, bəzi analar körpələrində səpgi və qıcıqlanmaya səbəb ola biləcəyini düşünmürlər. Təmiz və gigiyenik olduğuna inanılan bu salfetlərin səbəb olduğu sağlamlıq problemlərini öyrəndiyiniz zaman bir daha istifadə etmək istəməyə bilərsiniz.
Ətraf mühitə təsirləri
Bəzi salfetlərin tərkibində həll olunmayan maddələr var ki, bu da ekoloji problemlər yarada bilər. Xüsusilə tualet kağızı əvəzinə istifadə edilən nəm salfetlərin kanalizasiya sistemlərində tıxanmalara və ətraf mühitin çirklənməsinə səbəb ola biləcəyi ifadə edilib.
Dəridə quruluq
Tərkibindəki spirt və ya kimyəvi maddələrə görə bəzi nəm salfetlər dəriyə tətbiq edildikdə quruluq və qıcıqlanmaya səbəb ola bilər. Xüsusilə tez-tez istifadə edildikdə dərinin təbii nəm balansını poza bilər.

İstifadə sahələri qadağan olan yerlər
Nəm salfetlər bəzi səthlərin təmizlənməsi üçün uyğun olmaya bilər. Xüsusilə, elektron cihazlar kimi həssas səthlərə tətbiq edildikdə, materiallara və örtüklərə zərər verə bilər.
Konnektikut Tibb Məktəbinin Dermatologiya və Pediatriya üzrə professoru Meri Vu Çanq üzündə şiddətli səpgi olan 8 yaşlı qızın durumunu araşdırıb. Antibiotiklərlə müalicə etdiyi balaca qızcığaz sonradan eyni yaralarla rastlaşanda həkim onun xəstəliyini araşdırdı. Kiçik qızın allergik reaksiyası olduğunu anlayan həkim əvvəlcə nəm salfetlərdən şübhələnmişdi.
Çanq eyni reaksiyanı birdən çox uşaqda görəndə bu məsələni ətraflı araşdırmağa başladı. 2 illik araşdırma zamanı Çanq nəm salfetlərdə istifadə olunan maddələri və onların zərərlərini araşdırmağa başladı. O, nəm salfetlərdə dəriyə zərər verən metilizotiyazolinonu (çox vaxt uşaq salfetlərində, əl kremlərində və losyonlarında tapılan kimyəvi maddə) tapmışdı. Allergiya testindən sonra nəm salfetdən istifadəni dayandıran kiçik qızın yaraları yox oldu.
İlk xəstəsindən sonra Çanq daha 5 oxşar belə hadisə gördü. Xarici xəbər saytına müsahibə verən həkim bildirib ki, valideynlər nəm salfetdən istifadəni azaltmalı, tərkibində metilizotiyazolinon maddəsi olan nəm salfetlərdən istifadə etməməlidirlər.
Araşdırmalar isə göstərir ki, son illərdə bəzi istehsalçılar kosmetik məhsullarda kimyəvi konsentrasiyanı 25 dəfə artırıblar.
Türkiyəli mütəxəssis həkimlər də xəbərdarlıq edir
Xüsusilə, körpələr üçün istifadə olunan məhsullara diqqət yetirilməlidir. Nəm salfetlərdən istifadə edərkən çox diqqətli olmaq lazımdır. Çünki onların tərkibində ətir və spirt kimi yüksək miqdarda dezinfeksiyaedici maddələr ola bilər. Yüksək miqdarda spirt və ətir dəridə qızartı və səpgilər kimi müxtəlif allergik reaksiyalara səbəb ola bilər.
Nəm salfetlərin həddindən artıq istifadəsi qaşınma, səpgi və qabıqlanma kimi bir çox xəstəliklərə dəvət edir. Fövqəladə hallarda əgər uşağınıza zərəri olmasını istəmirsinizsə, quru salfeti bir az su ilə isladıb təmizlik üçün istifadə edə bilərsiniz.
Hansı nəm salfetdən istifadə edilməlidir?
Pambıqdan olduğuna əmin olun
Körpə üçün nəm salfetlərin 100% pambıq, sintetik lifsiz olması vacibdir. Çünki müxtəlif maddələrdən hazırlanan nəm salfetlər körpənin dərisində qızartı əmələ gəlməsini sürətləndirir. Pambıq təbii məhsul olduğundan, bu cür uşaq nəm salfetlərini seçin.
Paltaryuyan maşına nəm salfet qoyulmasının faydaları
Geyimlərinizi paltaryuyan maşına qoyarkən maşına 3-4 nəm salfet qoyun. Nəm salfetlər paltardakı tükləri çıxarmağa kömək edir. Bütün bu hissəciklər həmin nəm salfetə yapışır və nəticədə paltar daha təmiz görünür.
Nəm salfetlərin qurumasının qarşısını almaq üçün nə etməli? Nəm salfetləri necə saxlamaq olar? Nəm salfeti açmadan quruyur?
Nəm salfetlər ümumiyyətlə açıldıqdan sonra bir ilə qədər saxlanıla bilər. Bu müddətdən sonra onlar antibakterial xüsusiyyətlərini itirirlər. Nəm salfetlər çox isti və ya çox soyuq şəraitdə saxlandıqda isə asanlıqla xarab ola bilir.
Nəm salfetlərin yox olması üçün nə qədər vaxt lazımdır?
Nəm salfetlər tualet kağızı kimi parçalanmır. Onlar özlərində plastik ehtiva edirlər, buna görə də dənizə tullandıqda zərər verirlər. Lifin əsas vahidi olan toxunmamış quruluşa malik olan nəm salfetlərin təbiətdə parçalanma müddəti təxminən 100 ildir.
Bütün bu yan təsirləri nəzərə alaraq belə məhsulların istifadəsini minimuma endirmək lazımdır. Bu, həm özümüzün, həm də övladlarımızın sağlamlığı üçün çox vacibdir.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB