“Dünən gün ərzində davam edən şiddətli külək nəticəsində şəhərin yaşıllıqlarına müəyyən ziyan dəyib. Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri bir gün ərzində 83 ünvanda çağırışa yollanıblar. Bu barədə SİA-nın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən verilib.
Qurumdan bildirilib ki, 83 ünvanda 32 ağac sınıb, 51 ağacın isə budanması aparılıb: “Əsas etibarilə sınan ağaclar, qovaq, çinar və irigövdəli yaşlı ağaclardır.
Birliyin əməkdaşları bütün gecə boyu çalışıblar. Sınan və budanan ağaclar əməkdaşlar tərəfindən təmizlənib və ərazidən daşınıb”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB